günəş parıltısı müddəti

ру период солнечного сияния en sunshine period de Sonnenscheindauer fr période d'insolation es periodo de sol it periodo di luce del sole
günəş mətbəxi
günəş parıltısı saatları
OBASTAN VİKİ
Qütb parıltısı
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Protrombin müddəti
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar. Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır.
Güzəşt müddəti
Güzəşt müddəti (ing. grace period) — kredit üzrə faizlərin ödənilməsi üçün güzəşt müddəti. Güzəşt müddəti tətbiq edilərkən, vəsaitlərin istifadəsi üçün faizlər ümumiyyətlə hesablanmır və ya onun məbləği baza dərəcəsindən xeyli aşağıdır. Tez-tez kredit kartları və overdraft kartları üçün istifadə olunur. Hər bir əməliyyat üçün güzəşt müddəti (kredit tranşı). Bu halda, əməliyyatın aparıldığı tarixdən sonra müəyyən müddətə (güzəştli dövr) faizlər hesablanmır. Faizlər hesablanır, lakin borc uğurla ödənildikdə hesablanmır. Hesabat dövründə həyata keçirilən əməliyyatların cəmi üçün güzəşt müddəti. Bu zaman güzəşt müddətindən istifadə etmək üçün müddət bitdikdən sonra müəyyən müddətdən sonra borcun tam və ya qismən ödənilməsi lazımdır. Düzünü desək, bu halda güzəşt müddətinin ölçüsü müəyyən edilmir və hesabat dövrünün birinci günü (maksimum müddət, adətən reklamda göstərilir) və sonuncu gün (minimum müddət) edilən əməliyyatlar üçün fərqlənir.
Diqqət müddəti
Diqqət müddəti — diqqət yayınmadan əvvəl bir işə fikrini cəmləmək üçün sərf olunan vaxt. Diqqətin başqa bir fəaliyyətə nəzarətsiz şəkildə yönəldilməsi zamanı diqqət dağınıqlığı baş verir. Diqqət təlimi zamanı şagirdlərin uzun müddət müzakirə mövzusuna diqqətini cəmləməyə öyrədilməsi və prosesdə dinləmə və analitik bacarıqların inkişaf etdirilməsinin təhsilin bir hissəsi olduğu bildirilir. İnsanların təxmini diqqət müddətini ölçmək diqqətin nə üçün istifadə olunduğundan asılıdır. "Müvəqqəti diqqət" və "seçilmiş davamlı diqqət" terminləri qısa müddətli və diqqət mərkəzində olan diqqəti ayırmaq üçün istifadə olunur. Müvəqqəti diqqət diqqəti müvəqqəti cəlb edən və ya yayındıran stimula qısamüddətli reaksiyadır. Tədqiqatçılar insanın müvəqqəti diqqətinin dəqiq miqdarı ilə razılaşmırlar, halbuki seçilmiş davamlı diqqət zamanla tapşırıqda ardıcıl nəticələr verən diqqət səviyyəsidir. Sağlam şəxslərin diqqət müddəti ilə bağlı ümumi hesablamalar 5 saatdır. İnsanlar eyni şeyə yenidən fokuslana bildikləri üçün bu mümkündür. Bu diqqəti yeniləmək qabiliyyəti insanlara bir neçə dəqiqədən çox davam edən şeylərə, məsələn, uzun filmlərə "diqqət yetirməyə" imkan verir.
Günəş
Günəş (simvolu: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Aktivləşdirilmiş laxtalanma müddəti
Aktivləşdirilmiş laxtalanma müddəti (ing. activated coagulation time - ACT) — laxtalanmanı daha doğrusu onun müddətini ölçmək üçün tətbiq olunan müayinə metodudur. Bu zaman koalin əlavə edilmiş qanın laxtalanmağa başladığı an qeydiyyata alınır. Bu müayinə üsulu xüsusən, qanın tam heparinləşdirilməsi şəraitində aparılan tibbi müayinə, müalicə və cərrahi əməliyyatlarda qanın laxtalanma müddətini təyin etmək üçün tətbiq edilir. Normada bu göstərici 80–100 saniyədir. Bu o deməkdir ki qan 80–100 saniyə ərzində laxtalanmağa başlayır. Süni qan dövranı aparatı ilə icra olunan ürək əməliyyatları zamanı bu müddətin tam heparinləşdirmə nəticəsində 400–600 saniyə olması labüddür.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Fəxrəddin Günəş
Fəxrəddin Günəş (1966, Qıraç[d], Qars ili) — etnik azərbaycanlı olan Türkiyə xalq musiqisi müğənnisi. Fəxrəddin Günəş 1966-cı ildə Qars ilinin Arpaçay ilçəsinin Qıraç kəndində anadan olmuşdur. O, 1974-cü ildə Almaniyaya köçmüşdür və bu günə kimi orada yaşayır. Günəş 1990-cı ildə Düsseldorfda öz studiyasını amışdır. O, burada iki albom buraxmışdır: "Yandım, Tövbe ettim Sevmeye" (1994) və "Terekeme" (2006). Bu gün də mütəmadi olaraq türk musiqisi ilə çıxış edir. Günəş 2014-cü ildə Türkviziya Mahnı Müsabiqəsində debüt edən Almaniyanı təmsil etmək üçün seçilmişdir. Günəş orada "Sevdiyim" mahnısını ifa etmidir. Onunla birlikdə səhnədə Kölndən olan "NART" rəqs qrupu çıxış etmişdir. Günəş 25 iştirakçı arasında 149 xalla 21-ci yerdə qərarlaşmışdır.
Gizəm Günəş
Gizəm Günəş (türk. Gizem Güneş; d. 30 Noyabr 1995, İstanbul, Türkiyə) — Türkiyə aktyoru.
Günəş (Beyləqan)
Günəş — Azərbaycan Respublikasının Beyləqan rayonunun Örənqala qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Mil düzündədir. Yaşayış məntəqəsini 1954-cü ildə Cəbrayıl r-nunun Sirik və Nüsüs kəndlərindən köçüb gəlmiş ailələr Komsomolun 50 illiyi adına üzümçülük sovxozunun Örənqala şöbəsinin malikanəsi yanında salmışdılar. 1965-ci ildə qəsəbəyə rəmzi olaraq Günəş adı verilmiĢdir.
Günəş (dəqiqləşdirmə)
Günəş — ulduz Günəş (jurnal) — Bakıda nəşr olunmuş jurnal Günəş (qəzet) — Bakıda nəşr olunmuş qəzet Günəş (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda qəsəbə. Günəş (heraldika) — heraldikada istifadə edilən fiqurlardan biri.
Günəş (heraldika)
Günəş — heraldikada istifadə edilən fiqurlardan biri. Heraldikada istifadə edilən "təbii fiqurlar"dan biri hesab edilir. Doğan və ya batan günəş təsvirlərindən istifadə edilir. Bəzən günəş insan simasında verilir. Bir qayda olaraq günəş qızılı rəngdə verilir, çüalarının sayı müxtəlif sayda olsa da 16-dan çox olmur. Günəş təsvirini Nepal, Argentina, Qazaxıstan, Makedoniya Respublikası, Uruqvay, Malayziya, Filippin, Yaponiya dövlət bayraqlarında görmək olar. James Parker, A glossary of terms used in heraldry. Accessed 13 December 2009 Jump up to: a b Dictionary of Vexillology. Accessed 13 December 2009 Jump up ^ Encyclopaedia Britannica: Edward IV and the Alchemists. Accessed 13 December 2009 Jump up ^ Banbury Faith Trail.
Günəş (qəzet)
"Günəş" qəzeti — 1910-1911-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunan ictimai-siyasi ədəbi qəzet. İlk nömrəsi 1910-cu il yanvarın 20-də çıxmışdır. 1910-cu (104 nömrə) və 1911-ci (17 nömrə) illərdə işıq üzü görmüşdür. Cəmi 121 nömrəsi çıxmışdır. Naşiri Orucov qardaşları, baş redaktoru Əhməd Kamal idi. Qəzetdə A.Şaiq, Q.Rəşad, A. Divanbəyoğlu və b. mütərəqqi fikirli ziyalılar iştirak etmişlər. "Günəş"də türk və islam birliyi ideyaları ardıcıl təbliğ olunurdu. Qəzet "Molla Nəsrəddin" jurnalını "millətimiz üçün faydalı, qiymətli bir ayineyi-ibrət" adlandırır, eyni zamanda onu ehtiyatlı olmağa çağırırdı ki, "qərəzi-şəxsi sahibləri onu özlərinə aləti-intiqam edib öz heysiyyətindən düşürməsinlər". "Günəş"də M.T.Ərəszadənin "Molla Nəsrəddin"lə polemika aparan məqalələri dərc olunmuşdu; amma bu məqalələr ümumən, mətbuat etikası tələblərindən kənara çıxmırdı.
Günəş Abbasova
Günəş Əlisaf qızı Abbasova (2 sentyabr 1979[…], Baranoviçi, Brest vilayəti) — Azərbaycan əsilli Belarus müğənnisi. Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
Günəş Mehdizadə
Günəş Raqib qızı Mehdizadə (8 aprel 1985, Bakı, Azərbaycan SSR) — Azərbaycan kino aktrisası. Günəş Mehdizadə 8 aprel 1985-ci ildə Bakı şəhərində anadan olub. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil almışdır. 2005-ci ildən etibarən aktrisa kimi kino karyerasına başlamışdır. 2008-ci ildə ailə həyatı qurmuşdur. 2 övladı var. 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən kino sahəsində Gənclər mükafatına layiq görülmüşdür. 18 dekabr 2014-cü ildə "Fədakar" filmində ifa etdiyi Fəridə obrazına görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə "Yoxdu belə söhbət" filmindəki Sara roluna görə, Azərbaycan Kino Akademiyasının "Qızıl Pəri" peşə mükafatına namizəd olub.
Günəş Qocayev
Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996; Xaçmaz rayonu, Azərbaycan — 1 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Günəş Qocayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Günəş Qocayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Günəş TV
ARB Günəş — "Günəş TV" adıyla fəaliyyətə başlayan, Azərbaycannın ilk uşaq televiziya kanalıdır. Azərbaycanın ilk uşaq televiziya kanalı olan “ARB Günəş” 1 aprel 2015-ci il tarixindən etibarən peyk yayımına başlayıb. Bir neçə əməkdaşla işə başlayan telekanal qısa zaman ərzində kollektivi ilə yanaşı, efir proqramını da genişləndirə bilib. Hazırda “ARB Günəş”in efir proqramına müxtəlif cizgi filmləri ilə yanaşı, 12 uşaq verilişi də daxildir. Efir vaxtını bütünlüklə uşaqlara həsr edən televiziyanın yayımında şiddət, pis vərdişlər aşılayan cizgi filmi və kadrlara yer verilmir. MTRŞ-nin qərarı ilə 2011-ci ildə “ARB Günəş”ə yayım lisenziyası verilib. "ARB Media Qrup"un tərkibinə daxil olan telekanal 19 sentyabr 2016-cı il tarixinədək "Günəş TV" adlandırılıb. Qeyd olunan tarixdən etibarən isə brendini "ARB" brendinə uyğun şəkildə yeniləyərək "ARB Günəş" adı ilə fəaliyyətini davam etdirməkdədir. 13 iyun 2024-cü ildə saat 18:25–19:29 arası müddətdə Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan "Bembi 2" cizgi filminin yayınlanmasına görə Azərbaycan Respublikası Audiovizual Şurası "Media haqqında" Qanunun 38.2-ci, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq 9 iyul 2024-cü il tarixli 22/24-10 nömrəli qərarı ilə ARB Günəşin-nin yayımı 11 iyul 2024-cü ildə saat 08:00-dan 11:00-dək 3 saatlıq dayandırılıb. Telekanal saat 11:00-da fəaliyyətini bərpa edib.
Günəş Vəliyeva
Günəş Məhərrəm qızı Vəliyeva (1953, Kirovabad) — hüquqşünas, Əməkdar dövlət qulluqçusu, Əməkdar hüquqşünas. Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İxtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir. 1977–1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir. 1981–1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışmışdır. 1993–1994-cü ilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur. 1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) hüquq şöbəsinin müdiridir. III dərəcəli "Vətənə Xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı. Əməkdar Hüquqşünas — Azərbaycan prezidenti İlham Əliyev Günəş Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında 15 dekabr 2014-cü il tarixli Sərəncamı.
Günəş avtomobili
Günəş avtomobili günəş enerjisini istifadə etməklə hərəkət edən nəqliyyat vastiəsidir. Günəş avtomobili adətən enerjini günəşdən alsa da, bəzi modellər əlavə batareyalardan da istifadə edirlər, amma bu batareyalar günəş enerjisi vastiasi ilə yenidən doldurula bilir. İlk günəş avtomobili 1955-ci ildə General Motorsun işçisi Viliam Cobb tərəfindən yaradılmışdır.
Günəş batareyası
Günəş batareyası — Azərbaycanın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində ABŞ-də və Orta Asiya ölkələrində 2500-3000 saat, Rusiyada 500-2000 saat, Azərbaycanda isə 2400-3200 saatdır. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra qabaqcıl dövlətlərində Foto Vodtaik Proqramının (FVP) geniş şəkildə tətbiq olunmasına başlanmışdır. Azərbaycanın bu Proqrama cəlb olunması regionda belə tip enerji sistemlərinin tətbiqində mühüm rol oynaya bilər. Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il ərzində km2 yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-də 1500-2000 kVt.s, Rusiyada 800-1600 kVt.s, Fransada 1200-1400 kVt.s, Çində 1800-2000 kVt.s və Azərbaycanda 1500-2000 kVt.s təşkil edir. Göründüyü kimi, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayelərin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Günəş bələdiyyəsi
Beyləqan bələdiyyələri — Beyləqan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Günəş dövrəsi
Dövr — Astronomiyada Günəş dövriliyi nəzərdə tutulur və günəş fəallığının dəyişiklikləri nəticəsində müşahidə olunur. Ən yaxşı öyrənilmiş və daha çox tanınmış 11 illik Günəş dövrləridir. Günəş fəallığının dəyişikliklərinin əsas səbəbkarları Günəşin səthində görünən ləkələr hesab olunur. Günəşin səthində görünən ləkələrin sahəsi dəyişdikçə Günəşin fəallığıda dəyişir. Bu proses dövri xarakter daşıyır. Alimlər 11 iilik, 22 illik, əsrlik, 2 əsirlik, minillik, 2300 illik və s. Günəş dövrlərini müşahidə edirlər.
Günəş enerjisi
Günəş enerjisi — günəş işığından enerji əldə edilməsi texnologiyası. Yer səthinə düşən Günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Onun 0,0125%-nın istifadə olunması ilə bugünkü dünya energetikasının bütün ehtiyaclarını təmin etmək olardı. Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Günəş enerjisinin yalnız bir çatışmazlığı var – o da atmosferin vəziyyətindən, günün və ilin vaxtından asılılıqdır. Günəş enerjisini iki üsul ilə işlətmək olar: müxtəlif termik sistemlərin köməyi ilə, istilik enerjisi şəklində, foto-kimyəvi və fotoelektrik proseslərin çevrilməsi üzrə qurğularda. Günəş enerjisini elektrik enerjisinə çevirmək üçün müxtəlif növ kollektorlardan istifadə olunur. Yüksək temperatur yaradan kollektorlarda günəş işığını əks etdirən, toplayan və günəşin istiqaməti üzrə hərəkət edən parabolik güzgülərdən istifadə olunur. Bu kollektor sisteminə xüsusi maye üçün nəzərdə tutulan istilik dəyişmə sistemi də daxildir. Səmərəliliyinə görə günəş kollektorlarından istifadə mərkəzləşdirilmiş enerji sistemlərindən uzaq olan ərazilərdə özünü doğruldur.
Günəş fəvvarəsi
Günəş fəvvarəsi (rus. Фонтан Солнце) — "Peterhof" saray-park kompleksinin fəvvarələrindən biridir. Günəş fəvvarəsi memar Nikolo Mikettinin rəhbərliyi altında 1721-1724-cü illərdə tikilmişdir. 20 su şırıntısı mərkəzi sütunun içərisindən təzyiqlə ətrafa sıçrayır. Fəvvarə kifayət qədər böyük düzbucaqlı hovuzun mərkəzində yerləşir; XVIII əsrdə onun içərisində nərə, qu quşları və ördəklər saxlanılırdı. Əsrin sonunda, memar Felten fəvvarəsi üzmək üçün kiçik hovuza çevirmişdi. Daha sonralar, fəvvarənin içərisinə araba təkərinə bənzəyən və suyun köməyi ilə hərəkətə gələn kiçik bir mexanizm yerləşmişdir. Təkər üstündə 187 dəliyi olan diskli sütunu fırladır. Bu dəliklərdən su şırıntıları hər tərəfə yayılır və fəvvarəni ümumilikdə günəşə bənzədir. Fəvvarənin aşağı hissəsində delfinlərin heykəlləri yerləşir.
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır. Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar. Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır.